Modern.az

Zelenski Putinlə görüşmək istəyirsə, Moskvaya gəlməlidir - Lavrov

Zelenski Putinlə görüşmək istəyirsə, Moskvaya gəlməlidir - Lavrov

Dünya

Bu gün, 10:25

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinlə görüşmək istəyirsə, Moskvaya gəlməlidir.

Modern.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

Lavrov Əbu-Dabidə danışıqların tarixinin təsdiqləndikdən sonra açıqlanacağını deyib. O iddia edib ki, Zelenskinin Rusiyaya zərbələrlə bağlı mövqeyi görüşün hazırlanmasına kömək etmir.

Rusiya XİN başçısı Moskvanın Ukrayna münaqişəsinin səbəblərini qəbul etdiyinə görə Donald Tramp administrasiyasına minnətdar olduğunu bildirib. Onun sözlərinə görə, Ukrayna ilə bağlı təhlükəsizlik təminatları müzakirə edilərkən Avropa ölkələrinin reputasiyası nəzərə alınmalıdır.

Lavrov dizel yanacağı ilə bağlı razılaşmaların ABŞ Konqresində narazılıq doğurduğunu söyləyib və bu razılaşmalar barədə illüziyalara qapılmamağa çağırıb.

Nazir Vaşinqtonla münasibətlərin perspektivinin seçkilərdən sonra atılacaq konkret addımlardan aydın olacağını vurğulayıb. O, ABŞ-dəki Rusiya diplomatik mülkiyyəti məsələsində irəliləyiş olmadığını da qeyd edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyə Fələstin xəyanətinə niyə susdu? Putin türk dünyasına gətirilir