Modern.az

MAQATE İranın nüvə obyektlərini yoxlamağa gedir

MAQATE İranın nüvə obyektlərini yoxlamağa gedir

Dünya

Bu gün, 10:02

ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff qapalı brifinq zamanı Konqresdə bildirib ki, İran Beynəlxalq Atom Enerejisi Agentliyini (MAQATE) nüvə obyektlərini yoxlamağa və Tehranın zənginləşdirilmiş nüvə materiallarını müəyyən etmək üçün işə başlamağa dəvət edəcək.

Modern.az-ın məlumatına görə, bu barədə söhbətlə tanış olan iki mənbə Associated Press agentliyinə bildirib.

Uitkoff Konqres rəhbərliyinə və milli təhlükəsizlik komitələrinin üzvlərinə bildirib ki, ABŞ ilə İran arasında əldə edilən anlaşma memorandumunda heç bir gizli və ya əlavə razılaşma yoxdur.

Lakin onun sözlərinə görə, Tehran və MAQATE arasında ayrıca bir məktub tərtib edilib və İran bu məktubda agentliyi rəsmi olaraq ğlkəyə dəvət edib.

Mənbələrə görə, Uitkoff brifinq zamanı məktubun və dəvətin mövcudluğunu açıqlayıb. O, həmçinin MAQATE direktoru Rafael Qrossiyə ünvanlanan məktubda Amerika nüvə müfəttişlərinin Tehrana dəvət olunduğunu qeyd edib.

Sizə yeni x var
Keçid et
Türkiyədə Zəngəzur dəhlizinə TURAN deyildi -Ermənistanda ara qarışdı -Xəbəriniz Var? - Media Turk TV