Modern.az

Nazir dövlət qoruğunu zəbt edibmiş

Nazir dövlət qoruğunu zəbt edibmiş

Dünya

Bu gün, 17:24

Ermənistan Baş Prokurorluğu sabiq ətraf mühit naziri Aram Arutyunyanın qanunsuz sahib olduğu iddia edilən xüsusi mühafizə olunan təbiət ərazisinin dövlətə qaytarılması üçün məhkəməyə müraciət edib.

Modern.az xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb.

Məlumata görə, iddia ərizəsi çərçivəsində təminat tədbiri də tətbiq olunub. Məhkəmə qərarına əsasən, Aram Arutyunyana iddiada göstərilən torpaq sahəsinin faktiki və ya hüquqi statusunun dəyişdirilməsinə səbəb ola biləcək hər hansı hərəkətlər etmək qadağan edilib.

Baş Prokurorluq sözügedən ərazinin Ermənistan Respublikasına qaytarılmasını tələb edir.

Sizə yeni x var
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...