Modern.az

Fidan: ABŞ ilə İran arasında anlaşılmazlıq yaranmışdı

Fidan: ABŞ ilə İran arasında anlaşılmazlıq yaranmışdı

Dünya

11 İyul 2026, 00:02

ABŞ Prezidenti Donald Trampın açıqlamalarından belə nəticə çıxır ki, o, atəşkəs rejiminin tam başa çatdığını nəzərdə tutmayıb.

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ ilə İran arasında yaşanan gərginlik və atəşkəslə bağlı açıqlamasında bildirib.

Nazirin sözlərinə görə, Tramp daha çox İranla ABŞ arasında baş verən hadisələrə verilən qarşılıqlı reaksiyanı nəzərdə tuturdu. Fidan hesab edir ki, tərəflər arasında xüsusilə Hörmüz boğazından keçidlə bağlı rabitə problemləri və anlaşılmazlıq yaranıb.

“Onlar daha keyfiyyətli kommunikasiya qurmalı və münaqişələrin qarşısını almaq üçün daha effektiv mexanizmlər yaratmalıdırlar”, – deyə Türkiyə XİN başçısı vurğulayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...