Modern.az

Vyetnamda turist qayığı batdı: 15 nəfər öldü

Vyetnamda turist qayığı batdı: 15 nəfər öldü

Dünya

11 İyul 2026, 14:33

Vyetnamın cənubunda, Fukuok adası yaxınlığında turistləri daşıyan gəzinti qayığının çevrilməsi faciə ilə nəticələnib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Hon Mey Rut Nqoay adasından təxminən 400 metr aralıda baş verib.

Məlumata görə, göyərtəsində 32 turist və 4 ekipaj üzvü olan sürətli qayıq qəfil yaranan texniki nasazlıq səbəbindən çevrilib. Nəticədə göyərtədə olan bütün şəxslər dənizə düşüb.

Hadisə yerinə cəlb olunan xilasedicilər 21 nəfəri sağ xilas etməyə müvəffəq olublar. Qəza nəticəsində 15 nəfər - 13 kişi və 2 qadın həyatını itirib.

Sağ qalanlar müxtəlif xəsarətlərlə xəstəxanalara yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır, qəzanın dəqiq başvermə səbəbi müəyyənləşdirilir.

Sizə yeni x var
Keçid et
Putin onlara RƏHM ETMƏYƏCƏK! - Kreml lideri qəti qərar verdi