Modern.az

Türkiyədə xüsusi əməliyyat - 968 nəfər saxlanıldı

Türkiyədə xüsusi əməliyyat - 968 nəfər saxlanıldı

Dünya

Bu gün, 12:44

Türkiyənin Daxili İşlər və Ədliyyə nazirlikləri Fətullahçı Terror Təşkilatına (FETÖ) qarşı 81 vilayətdə 968 şübhəli şəxs barəsində əməliyyat başladıldığını açıqlayıb.


Modern.az xəbər verir ki, bununla bağlı ölkənin Daxili İşlər və Ədliyyə nazirlikləri birgə bəyanat yayıb.
Açıqlamada silahlı terror təşkilatı FETÖ-yə qarşı mübarizənin illər keçməsinə baxmayaraq eyni qətiyyət, diqqət və həssaslıqla davam etdirildiyi qeyd olunub.


Bildirilib ki, 81 vilayətin baş prokurorluqları, 81 vilayətin polis idarələri və jandarma komandanlıqlarının FETÖ silahlı terror təşkilatının ifşasına yönəlmiş birgə çalışmaları nəticəsində bu gün səhər saatlarından etibarən 81 vilayətdə 968 şübhəli şəxsə qarşı əməliyyat başladılıb.


Əməliyyat çərçivəsində ən çox şübhəlinin olduğu vilayətlər Ankara, İzmir və İstanbul olub. Digər vilayətlərdə də təşkilatın hazırkı strukturlarına, gizli təşkilatlanmasına və əlaqəli şəxslərinə qarşı işlər diqqətlə davam etdirilir.
 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Prezidentən Şuşada Rusiyanı dəli edən MESAJ - Ukrayna dayanmamalıdır!