Modern.az

Avropa İttifaqı Qafqazda möhkəmlənir - Ermənistanda yeni missiya yaradır

Avropa İttifaqı Qafqazda möhkəmlənir - Ermənistanda yeni missiya yaradır

Dünya

13 İyul 2026, 13:18

Avropa İttifaqı Ermənistan üçün yeni tərəfdaşlıq missiyasının yaradılmasını təsdiqləyəcək.

Modern.az xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaja Kallas məlumat verib.

Onun sözlərinə görə, yeni missiya hibrid təhdidlərə, eləcə də Ermənistanın üzləşdiyi xarici informasiya manipulyasiyaları və müdaxilələrə qarşı mübarizə ilə məşğul olacaq.

Kallas bildirib ki, Ermənistan həqiqətən də bu cür çağırışlarla qarşılaşır və missiyanın əsas məqsədi həmin risklərin azaldılmasına dəstək verməkdir.

Aİ rəsmisi missiyanın fəaliyyət formatı, səlahiyyətləri və işə başlama müddəti ilə bağlı əlavə məlumat verməyib.

Xatırladaq ki, hazırda Avropa İttifaqının ölkədə Monitorinq Missiyası fəaliyyət göstərir. 

Whatsapp
Bizə yazın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...