Modern.az

Netanyahu yenidən ABŞ-yə gedir

Netanyahu yenidən ABŞ-yə gedir

Dünya

15 İyul 2026, 12:14

İsrailin Baş naziri Benyamin Netanyahu iyulun 18-də ABŞ-yə səfər edəcək.

Modern.az xəbər verir ki, bu barədə "Ynet" portalı İsrailin yüksəkvəzifəli mənbəyinə istinadən məlumat yayıb.

Bildirilib ki, səfər çərçivəsində Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampla görüş keçirəcək.

Məlumata görə, İsrail hökumətinin başçısı, həmçinin respublikaçı senator Lindsi Qremin dəfn mərasimində iştirak edəcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Zelenski tarix açıqladı - Müharibə dayandırılır? - Gündəm Masada