Modern.az

Kubanın əfsanəvi lideri Fidel Kastronun yeni FOTOLARI

Kubanın əfsanəvi lideri Fidel Kastronun yeni FOTOLARI

Dünya

3 Fevral 2015, 11:46

Kubada son 6 ayda ilk dəfə ölkənin keçmiş lideri Fidel Kastronun fotoları yayılıb. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, 88 yaşlı Kastronun fotoları tələbə ilə söhbət zamanı çəkilib. Məlumatda qeyd edilir ki, Fidellə birgə görüntülənən cavan oğlan Kuba tələbə ittifaqının rəhbəridir. Fotoların yanvarın 23-də çəkildiyi bildirilir. Kuba inqilabının lideri uzun müddət ictimaiyyət arasında görünməyib. Bu səbəbdən onun barəsində müxtəlif şayiələr yayılıb: bəzi KİV-lər hətta Kastronun öldüyü barədə məlumat  yaymağa cəhd ediblər. Onun son fotosu 2014-cü ilin avqust ayında yayılıb. Həmin fotoda Kubanın keçmiş lideri Venesuelanın prezidenti Nikolas Maduro ilə bir yerdə idi.














Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...