Modern.az

Rusiya Kiyevi vurdu - Ölü sayı artdı - YENİLƏNİB

Rusiya Kiyevi vurdu - Ölü sayı artdı - YENİLƏNİB

Dünya

5 Avqust 2026, 12:27

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Kiyev və ətraf vilayətlərə kütləvi hücumu nəticəsində 17 nəfərin öldüyünü, 44 nəfərin yaralandığını açıqlayıb.

Modern.az xəbər verir ki, Zelenski avqustun 5-i səhər saatlarına olan məlumata görə, hücumun ağır nəticələrə səbəb olduğunu bildirib.

Ukrayna liderinin sözlərinə görə, hücum zamanı 24 ballistik raket, 4 "Tsirkon/Oniks" raketi və 115 pilotsuz uçuş aparatı istifadə olunub. O qeyd edib ki, dronların böyük hissəsi reaktiv tipli olub.

Zelenski bildirib ki, hücumun əsas hədəfi mülki müəssisələrə məxsus anbarlar olub. Bundan başqa, infrastruktur obyektləri və dəmir yolu stansiyasına da zərbələr endirilib.

Onun sözlərinə görə, hücuma məruz qalan obyektlər arasında müharibə ilə əlaqəsi olmayan pivə istehsalı şirkəti, tikinti materialları anbarları və mülki logistika obyektləri də var.

Ukrayna Prezidenti əlavə edib ki, ölkənin ballistik raketləri məhv edə bilən müdafiə sistemləri olsaydı, bu gün insanların həyatını xilas etmək mümkün olardı.

***

Avqustun 5-nə keçən gecə Rusiyanın Kiyevə endirdiyi hava zərbələri nəticəsində azı 14 nəfər həlak olub, 27 nəfər yaralanıb.

Modern.az xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti və Kiyev Vilayət Hərbi Administrasiyası məlumat yayıb. 

Zərbələr Kiyev vilayətinin Buça, Brovar və Fastov rayonlarına endirilib. 

Məlumata görə, Brovar rayonunda logistika və anbar komplekslərində, istehsalat müəssisələrində, ticarət obyektlərində və digər tikililərdə genişmiqyaslı yanğınlar baş verib. 

Buça rayonunda da Rusiya ordusunun hücumu nəticəsində logistika komplekslərində yanğınlar qeydə alınıb. Yanğınların söndürülməsi və zərərçəkənlərin axtarışı istiqamətində işlər davam etdirilir.

Kiyev Vilayət Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenkonun sözlərinə görə, bu gecə vilayət son dövrün ən faciəli hücumlarından birini yaşayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakı Moskvanın dərsini verdi: Rusiya səfiri TƏCİLİ XİN-ə çağırıldı