Modern.az

Paşinyan müdafiə nazirini danlayıb

Paşinyan müdafiə nazirini danlayıb

Dünya

Bu gün, 10:18

Ermənistanın Baş naziri Nikol Paşinyanın müdafiə naziri Suren Papikyanın fəaliyyətindən narazı olduğu və onlar arasında sərt söhbətin baş tutduğu iddia edilir.

Modern.az xəbər verir ki, bu barədə Ermənistanın "Hraparak" qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, Paşinyan orduda sülh dövründə qeydə alınan ölüm hallarının artmasından və Silahlı Qüvvələrə yönələn tənqidlərdən narazıdır.

Məqalədə iddia olunur ki, hakimiyyət dairələrində Suren Papikyanın da parlamentin sabiq sədri Alen Simonyan kimi vəzifədən uzaqlaşdırılacağı barədə söz-söhbətlər dolaşırdı. Lakin baş nazirin hakim komandada onu əvəz edə biləcək uyğun namizəd tapmadığı üçün Papikyanı yenidən müdafiə naziri təyin etdiyi bildirilir.

Qəzetin iddiasına əsasən, Paşinyan Papikyana müharibə şəraitinin olmadığını xatırladaraq, əsas diqqətin orduda mənəvi-psixoloji vəziyyətin yaxşılaşdırılmasına və daxili intizamın təmin olunmasına yönəldilməli olduğunu deyib. Bildirilir ki, hərbi hissələrdə və postlarda mövcud vəziyyət hökuməti narahat edir.

Nəşr həmçinin iddia edir ki, Ermənistan Müdafiə Nazirliyi Silahlı Qüvvələrdə qeyri-döyüş şəraitində baş verən ölüm halları ilə bağlı statistikanı gizlədir və ya təhrif edir. Məqalədə qeyd olunur ki, yalnız mediaya məlum olan hadisələr ictimaiyyətə açıqlanır, digər faktlar isə müxtəlif əsaslarla gizli saxlanılır.

Xatırladılır ki, iyulun 21-də Ermənistan İstintaq Komitəsi müddətli həqiqi hərbi xidmət qulluqçusu Narek Toroyanın ölümü ilə bağlı "intihara sövq etmə" maddəsi üzrə cinayət işi açıldığını açıqlamışdı. Ermənistan mediasının məlumatına görə, hərbçi xidmət yoldaşları tərəfindən döyüldükdən sonra intihar edib. Bu hadisə 2026-cı ilin ilk yeddi ayında Ermənistan ordusunda qeyri-döyüş şəraitində baş verən 8-ci ölüm faktı kimi göstərilir.

Sizə yeni x var
Keçid et
SON DƏQİQƏ! Rusiya azərbaycanlıların obyektini bombaladı