Yəmənin Ədən liman şəhərindən cənub-şərq istiqamətində, 95 dəniz mili məsafəsində neft tankerinə hücum qeydə alınıb.
Modern.az xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarəti Əməliyyatlarının Koordinasiya Mərkəzi (UKMTO) məlumat yayıb.
Məlumata görə, tankerin kapitanı gəminin yaxınlığında güclü partlayış səsinin eşidildiyini bildirib.
Hadisə hücum kimi qiymətləndirilib. UKMTO-nun məlumatına əsasən, ekipaj üzvləri arasında xəsarət alan olmayıb.