Modern.az

Avropa ölkələri Ukraynaya Patriot raketləri vermək istəmir

Avropa ölkələri Ukraynaya Patriot raketləri vermək istəmir

Dünya

Bu gün, 15:20

Avropa ölkələri öz hava hücumundan müdafiə imkanlarının zəifləyəcəyindən ehtiyat edərək Ukraynaya Patriot raketləri verməkdən imtina edirlər.

Modern.az xəbər verir ki, bu barədə "The Washington Post" məlumat yayıb.

Nəşrin yazdığına görə, Ağ Ev müttəfiqlərini Kiyevə əlavə Patriot raketləri verməyə çağırsa da, bir sıra Avropa hökumətləri bu tələbə müsbət cavab verməyib.

Mənbələrin bildirdiyinə görə, Avropa ölkələri öz ehtiyatlarından raketlərin çıxarılmasının milli hava hücumundan müdafiə sistemlərini zəiflədə biləcəyindən narahatdır.

Nəşrə danışan Ukraynanın keçmiş yüksəkvəzifəli rəsmilərindən biri vəziyyəti kritik adlandıraraq bildirib ki, qış aylarında ölkə ən ağır ssenarilərdən biri ilə üzləşə bilər.

Qeyd olunur ki, əsas problem Patriot sistemlərinin sayında deyil, onlar üçün nəzərdə tutulan raketlərin kəskin çatışmazlığındadır.

Məlumata görə, Kiyev hazırda raketlərin lisenziya əsasında istehsalına icazə almağa çalışır. Bununla yanaşı, Ukrayna Avropadakı tərəfdaşları ilə birlikdə öz hava hücumundan müdafiə sisteminin hazırlanması üzərində işləyir. Lakin bu layihələrin qısa müddətdə mövcud çatışmazlığı aradan qaldıracağı gözlənilmir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakı Putini dəliyə döndərdi - Bayramov Ukraynada bu şəxslə görüşdü