Modern.az

Qara dənizdə Almaniyaya məxsus yük gəmisi vuruldu

Qara dənizdə Almaniyaya məxsus yük gəmisi vuruldu

Dünya

Bu gün, 17:33

Odessa yaxınlığında Qara dənizdə Alman şirkətinə məxsus yük gəmisinə dron hücumu edilib. 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki,  sözügedən gəmi Liberiya bayrağı altında üzən "Emil" adlı yük gəmisidir. Məlumata görə, gəminin mənzil-qərargahı Hamburqda yerləşən Almaniyanın "Johann MK Blumenthal GmbH & Co. KG" şirkətinə məxsus olduğu bildirilir.

Hadisə Odessadan 21 dəniz mili (təxminən 39 km) məsafədə baş verib. Pilotsuz təyyarənin zərbəsi gəmidə yanğına səbəb olub və bəzi texniki sistemlərin sıradan çıxmasına səbəb olub, nəticədə yük gəmisi manevr edə bilməyib. Nəşrin məlumatına görə, heyət təxliyə edilib və dənizçilərdən heç biri xəsarət almayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıdan Rusiyanın nüfuzuna ŞİLLƏ - Kremlə gözdağı verildi