Modern.az

Zelenski daha üç səfiri vəzifədən azad etdi

Zelenski daha üç səfiri vəzifədən azad etdi

Dünya

Bu gün, 09:20

Ukrayna Prezidenti Volodimir Zelenski Xorvatiya, Albaniya və Monteneqrodakı səfirləri vəzifədən azad edib.

Modern.az xəbər verir ki, bununla bağlı dövlət başçısı müvafiq fərmanlar imzalayıb.

Ukraynanın Xorvatiyadakı fövqəladə və səlahiyyətli səfiri Vasili Kiriliç vəzifəsindən azad olunub.

2020-ci ilin aprelindən Albaniyada səfir kimi fəaliyyət göstərən Vladimir Şkurovun səlahiyyətlərinə xitam verilib.

Ukraynanın Monteneqrodakı səfiri Oleq Gerasimenko da tutduğu vəzifədən azad edilib.

Xatırladaq ki, Zelenski avqustun 3-də Ukraynanın ABŞ-dakı səfiri Olqa Stefanışinanı da vəzifəsindən uzaqlaşdırmışdı. Bir neçə gün sonra Ali Antikorrupsiya Məhkəməsi onun barəsində qanunsuz varlanma və gəlirlərin düzgün bəyan edilməməsi işi üzrə 6 milyon qrivna məbləğində girov qətimkan tədbiri seçib.

Stefanışina isə məhkəmənin müəyyən etdiyi girov məbləğini ödəmək üçün maddi imkanının olmadığını bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranda əməliyyatlar başladı - Dəhşətli partlayış səsləri