Modern.az

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan hərbi saziş bağlayır

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan hərbi saziş bağlayır

Dünya

Bu gün, 11:48

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan bu gün Səudiyyə Ərəbistanında ortaq müdafiə sazişi imzalayacaq. Modern.az xəbər verir ki, bu barədə Anadolu Agentliyi təhlükəsizlik mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün birgünlük işgüzar səfərlə Səudiyyə Ərəbistanına yollanıb.

Bildirilir ki, Pakistan ABŞ-İran müharibəsinin dayandırılması istiqamətində vasitəçilik səyləri göstərdiyi, Türkiyə isə Qəzza zolağında atəşkəsin təmin olunması üçün diplomatik fəaliyyətini davam etdirdiyi bir vaxtda üçtərəfli müdafiə əməkdaşlığı rəsmiləşdirilir.

Xatırladaq ki, Pakistan və Səudiyyə Ərəbistanı 2025-ci ildə ortaq müdafiə sazişi imzalayacaqlarını açıqlamışdılar. Həmin ilin 17 sentyabrında Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman və Pakistanın Baş naziri Şahbaz Şərif "Birgə Strateji Müdafiə Sazişi"ni imzalayıblar.

 

Sizə yeni x var
Keçid et
TƏCİLİ! İranda əməliyyatlar başladı - Dəhşətli partlayış səsləri