Modern.az

Tramp: ABŞ İranla yarımçıq danışıqlar aparır

Tramp: ABŞ İranla yarımçıq danışıqlar aparır

Dünya

10 Avqust 2026, 01:06

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun İranla danışıqları tam gücü ilə aparmadığını bildirib.

Modern.az xəbər verir ki, Tramp bu barədə “Axios” nəşrinə telefon müsahibəsində danışıb.

“Biz onlarla yalnız yarımçıq danışıqlar aparırıq. Sadəcə İranı müşahidə edirik. Onların böyük inflyasiyasını və pullarının olmadığını nəzərə alırıq”, - deyə ABŞ lideri bildirib.

Qeyd edək ki, Tramp daha əvvəl İranla danışıqlarda iştirak etdiyini açıqlayıb və yaxın zamanda razılaşmanın əldə oluna biləcəyini deyib.

Sizə yeni x var
Keçid et
Sertifikasiyada nələr çətinləşəcək?-Müəllimlərə xəbərdarlıq