İranın Ali Rəhbəri Ayətullah Seyid Müctəba Xamenei ölkənin ali hərbi komandanlığında bir sıra mühüm vəzifələrə yeni təyinatlarla bağlı sərəncamlar imzalayıb.
Modern.az xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.
Sərəncamlara əsasən, İran Silahlı Qüvvələri Baş Qərargahının rəisi vəzifəsinə SEPAH-ın general-mayoru Əli Abdullahı təyin edilib. Onun müavini isə briqada generalı Kiümərs Heydəri olub.
SEPAH-ın baş komandanı vəzifəsinə Əhməd Vahidi təyin edilib və ona general-mayor rütbəsi verilib. Baş komandanın müavini vəzifəsini isə SEPAH-ın general-mayoru Mustafa İzzadi tutub.
Donanmaya komandanlıq kontr-admiral Əli Əzəmiyə həvalə edilib.
“Bəsic-e Mostəzəfin” yarımhərbi qüvvələrinin rəhbəri vəzifəsinə isə Hüseyn Təib təyin olunub.