Modern.az

Avropada havanın temperaturu yenidən yüksələcək

Avropada havanın temperaturu yenidən yüksələcək

Dünya

11 Avqust 2026, 09:31

Bu həftə Avropanın bir sıra yerlərində, o cümlədən Fransa, Almaniya, Niderland və Böyük Britaniyada havanın temperaturunun yenidən yüksələcəyi gözlənilir.

Modern.az xəbər verir ki, bu barədə Avropanın meteorologiya xidmətləri məlumat yayıb.

Bildirilib ki, bəzi bölgələrdə gündüz temperaturun mövsümi orta göstəricilərdən xeyli yüksək olacağı proqnozlaşdırılır. Məsələn, Fransada bu həftə temperaturun bəzi ərazilərdə 40 dərəcəyə yaxınlaşacağı bildirilir.

Qeyd edək ki, Avropanın bir sıra ölkələri yayın əvvəlindən bəri ardıcıl olaraq isti dalğalar və rekord yüksək temperaturlarla qarşılaşır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin onlara RƏHM ETMƏYƏCƏK! - Kreml lideri qəti qərar verdi