Modern.az

“Mən heç vaxt heç nədən qorxmamışam” - PUTİN

“Mən heç vaxt heç nədən qorxmamışam” - PUTİN

Dünya

Bu gün, 13:08

Rusiya Prezidenti Vladimir Putin süni intellektin yaratdığı təhlükələrdən danışarkən heç vaxt heç nədən qorxmadığını bildirib.

Modern.az xəbər verir ki, Putin bu fikirləri Novosibirsk vilayətinin tələbələri, aspirantları və gənc alimləri ilə görüşü zamanı səsləndirib.

Görüş zamanı Putin gənc müəllimdən süni intellektin hansı təhlükələr yarada biləcəyini soruşub.

“Vladimir Vladimiroviç, sizə səmimi deyirəm, sizin qorxacağınız heç nə yoxdur”, – deyə süni intellekt üzrə ixtisaslaşan gənc müəllim cavab verib.

Putin isə gülümsəyərək “Mən heç vaxt heç nədən qorxmamışam” deyib.

Gənc müəllimin sözlərinə görə, süni intellektin əsas təhlükələrindən biri insanların bəzi işləri müstəqil şəkildə görməyi dayandırmasıdır.

“Biz gənc müəllimlər olaraq tələbələrdə bunu dəyişməyə çalışırıq ki, insanlar süni intellektlə deyil, daha çox öz ağılları ilə düşünsünlər”, – deyə o vurğulayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xətai davası dayanmır, Elçibəyə ittihamlar - Ölkədə nə baş verir?