Modern.az

Mossad-ın eks-rəhbəri: İranın nüvə obyektinə baş çəkmişəm

Mossad-ın eks-rəhbəri: İranın nüvə obyektinə baş çəkmişəm

Dünya

Bu gün, 16:40

İsrailin kəşfiyyat xidməti Mossad-ın keçmiş rəhbəri Yossi Kohen İranın Fordo uranın zənginləşdirilməsi obyektinə əvvəllər bir neçə dəfə baş çəkdiyini açıqlayıb.

Modern.az xəbər verir ki, Y.Kohen bu barədə Səfad şəhərində keçirilən Qalileya Forumunda çıxışı zamanı danışıb.

“Obyekti anlamaq məqsədilə Fordo nüvə obyektinə dəfələrlə baş çəkmişik” deyən Kohen səfərlərin nə vaxt baş tutduğunu və obyektə konkret olaraq kimlərin getdiyini açıqlamayıb.

“Amerikalıların oranı bombalaması bütün arzularımın gerçəkləşməsi idi”, – Mossad-ın keçmiş rəhbəri əlavə edib.

Qeyd edək ki, Fordo nüvə obyekti, eləcə də İsfahan və Natanzdakı nüvə müəssisələri 2025-ci ilin iyununda İsrail və İran arasında 12 gün davam edən müharibə zamanı ABŞ-ın endirdiyi zərbələr nəticəsində ciddi zərər görüb.

Məlumatlara görə, həmin obyektlərdə saxlanılan 440 kiloqram yüksək zənginləşdirilmiş uran basdırılıb. İsrail isə hesab edir ki, İran müharibədən sonra uranın bir hissəsini “Pickaxe Mountain” adlı əraziyə köçürüb.

Kohen həmçinin 60 faiz zənginləşdirilmiş uranın hələ nüvə silahının hazırlanması üçün kifayət etmədiyini bildirib. Onun bu fikri 60 faiz zənginləşdirilmiş uranın silah səviyyəsinə çatdırılmasının hətta bir neçə həftə və ya gün ərzində mümkün ola biləcəyini deyən bəzi ekspertlərin mövqeyi ilə ziddiyyət təşkil edir.

Yossi Kohen daha əvvəl də Mossad-ın İrana qarşı fəaliyyəti barədə açıq şəkildə danışıb.

O, 2021-ci ildə Mossad rəhbəri vəzifəsindən ayrıldıqdan bir neçə gün sonra İsrail televiziyasına verdiyi müsahibədə qurumun İrana qarşı həyata keçirdiyi əməliyyatlarla bağlı bir sıra detalları açıqlayıb.

Kohen Mossad-ın Natanzdakı yeraltı sentrifuqa obyektini partlatdığını bildirib. O, həmçinin 2018-ci ildə Mossad-ın Tehrandakı anbarda saxlanılan İranın nüvə arxivini oğurladığı əməliyyat barədə dəqiq məlumatlar verib.

Mossad- keçmiş rəhbəri İranın öldürülmüş nüvə alimi Möhsün Fəxrizadənin də uzun illər hədəfdə olduğunu təsdiqləyib və İran hakimiyyətinin İsrailin ölkənin nüvə silahına sahib olmasına imkan verməmək barədə verdiyi vədlərin anlamalı olduğunu deyib.

Kohen “Uvda” (“Fakt”) adlı sənədli televiziya proqramında çıxışı zamanı İranın müxtəlif nüvə obyektləri barədə yaxşı məlumatlı olduğunu nümayiş etdirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putindən iddialı açıqlama - Mən heç nədən qorxmuram!