Modern.az

Macarıstanda yeni prezident seçildi

Macarıstanda yeni prezident seçildi

Dünya

Bu gün, 17:55

Macarıstan parlamenti ölkənin yeni prezidentini seçib.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, deputatlar Ali Məhkəmənin keçmiş sədri Andraş Bakunu yeni dövlət başçısı seçiblər.

Xatırladaq ki, Macarıstanın Baş naziri Peter Madyarın rəhbərlik etdiyi hakim “Tisa” partiyası şənbə günü 17 il Avropa İnsan Hüquqları Məhkəməsində (AİHM) hakim kimi çalışmış Bakunu prezident vəzifəsinə namizəd irəli sürüb. Onu da qeyd edək ki, Baku Macarıstanın keçmiş Baş naziri Viktor Orbanın hakimiyyəti dövründə vəzifəsindən uzaqlaşdırılıb.

Qeyd edək ki, Macarıstanda prezident əsasən nümayəndəlik funksiyalarını yerinə yetirir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putindən iddialı açıqlama - Mən heç nədən qorxmuram!