Modern.az

İranın şərtləri ABŞ-yə göndərildi

İranın şərtləri ABŞ-yə göndərildi

Dünya

12 Avqust 2026, 02:19

İran Hörmüz boğazının açılması ilə bağlı şərtləri ABŞ-yə göndərib.

Modern.az "Tasnim"ə istinadən xəbər verir ki, bu barədə İranın Ali rəhbərinin yeni hərbi müşaviri Möhsün Rezai bildirib.

Onun sözlərinə görə, Tehran hərbi əməliyyatların dayandırılması, İran aktivlərinin blokdan çıxarılası, eləcə də regionda, o cümlədən Livan və Qəzza zolağında müharibələrin dayandırılmasını tələb edir.

"ABŞ öz mövqeyini dəyişməyənə və İranın şərtlərini qəbul etməyənə qədər boğaz açılmayacaq", - Rezai bildirib.

O həmçinin vurğulayıb ki, İran və Oman arasında Hörmüz boğazı üzrə razılaşma su yolunun açılması məsələsinə heç bir təsir göstərməyəcək.

Sizə yeni x var
Keçid et
Putin Paşinyanı Moskvaya çağırdı: Hesabat vaxtıdır!