Ermənistana Hindistan tərəfindən hərbi gəminin təklif olunduğu barədə məlumat yayılıb.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Hindistanla Ermənistan arasında yeni silah müqaviləsinin müzakirəsi zamanı Hindistan tərəfi gəmilərindən birinin İrəvana verilməsini təklif edib.
Söhbət 1983-cü ildə Hindistan Hərbi Dəniz Qüvvələrinin tərkibinə daxil olmuş gəmidən gedir.
Açıq mənbələrdə 1983-cü ildə Hindistan donanmasına daxil olan “Godavari” tipli ilk gəminin ölkənin yerli gəmiqayırma imkanlarının mühüm layihələrindən biri olduğu qeyd edilir.
Bununla belə, Ermənistanın belə bir təklifi qəbul edib-etmədiyi və gəminin real olaraq İrəvana təhvil verilib-verilməyəcəyi barədə rəsmi məlumat yoxdur.
Ermənistanın dənizə çıxışı olmadığı üçün belə bir gəminin hansı məqsədlə istifadə ediləcəyi də sual doğurur.
Hazırda Ermənistanın Hindistanla hərbi-texniki əməkdaşlığı genişlənməkdədir. Tərəflər son illərdə müxtəlif müdafiə təyinatlı məhsullar üzrə müqavilələr imzalayıblar.