Modern.az

Putinin büstünün başını kəsdilər - FOTO

Putinin büstünün başını kəsdilər - FOTO

Dünya

12 Avqust 2026, 11:58

Danimarkanın Orhus şəhərində naməlum şəxslər Rusiya Prezidenti Vladimir Putinin büstünün başını kəsərək oğurlayıblar.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə yerli Radio4 radiostansiyasının reklam kampaniyası çərçivəsində şəhər parkında quraşdırılan büstlə bağlı baş verib.

Danimarkanın TV2 telekanalının məlumatına görə, hündürlüyü təxminən 2 metr olan büst həftənin əvvəlində şəhər parkında quraşdırılıb.

Büstün qoyulmasından təxminən 6 saat sonra onun başsız vəziyyətdə olduğu aşkarlanıb. Naməlum şəxslər heykəlin başını kəsərək özləri ilə aparıblar.

Qeyd edək ki, Putinin büstü Radio4-ün reklam kampaniyası çərçivəsində hazırlanmışdı.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
26 sentyabr 2020-ci il və SABAH... - Modern.az