Modern.az

SEPAH: “Fars körfəzində ABŞ-ın bircə hərbi gəmisi də yoxdur”

SEPAH: “Fars körfəzində ABŞ-ın bircə hərbi gəmisi də yoxdur”

Dünya

Bu gün, 12:59

İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) sözçüsü, briqada generalı Muhibbi hazırda isə Fars körfəzində heç bir Amerika hərbi gəmisinin olmadığını bildirib.

Modern.az xəbər verir ki, briqada generalı Muhibbi ABŞ-ın bölgədəki hərbi mövcudluğu ilə bağlı açıqlama verib.

“ABŞ Ramazan müharibəsindən əvvəl bölgədə 30-40 hərbi gəmiyə malik idi. Lakin bu gün Fars körfəzində ABŞ-a məxsus bir dənə də olsun hərbi gəmi yoxdur”, - deyə o bildirib.

Muhibbi qeyd edib ki, İrana qarşı təhdidlərin yenidən gündəmə gələcəyi təqdirdə, yüz minlərlə mil uzunluğunda enerji xətləri, minlərlə enerji stansiyası, ABŞ-a və digər ölkələrə məxsus sistemlər, hətta internetə bağlı qlobal infrastruktur təhlükə altında qala bilər.

İnqilab Keşikçiləri Korpusunun sözçüsü ABŞ-ın hərbi doktrinasının eyni vaxtda bir neçə cəbhədə mübarizə aparmağa əsaslandığını bildirib.

Onun sözlərinə görə, ABŞ-ın Mərkəzi Sakit okeanda, Rusiya və Çinlə qarşıdurmada, eləcə də Vaşinqtonun təhlükə kimi qiymətləndirdiyi digər istiqamətlərdə silah və hərbi imkanlarının azalması böyük təhlükə yaradır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Prezidentdən Naxçıvanda diqqətçəkən sözlər - Şuşa azad olunanda Putin...