Modern.az

ABŞ Hörmüz boğazına tam nəzarət edir 

ABŞ Hörmüz boğazına tam nəzarət edir 

Dünya

12 Avqust 2026, 19:55

ABŞ Hörmüz boğazına tam nəzarət edir. Düşünürəm ki, bu nəzarəti qoruyub saxlayacağıq.

Modern.az-ın xəbərinə görə, bunu ABŞ Prezidenti Donald Tramp "Truth Social" hesabında yazıb.

“Dəniz blokadamız hər kəs tərəfindən “Polad divar” adlandırılır və İranın bununla bağlı edə biləcəyi heç nə yoxdur.

Onların nə donanması, nə də hava qüvvələri var, qalan əsgərlərinə maaş verilmir, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) darmadağın olub və qaçır, onların “rəhbərliyinin” vəziyyəti isə ən yaxşı halda qeyri-müəyyəndir!

Onların pulu yoxdur — ölkələri “dağılıb”. Əllərində yalnız saxta xəbərlər və 300 faizlik inflyasiya var və vəziyyət getdikcə pisləşir! İran yalnız danışır, əməl etmir. Iran artıq Yaxın Şərqin “xuliqanı” deyil”, - ABŞ lideri bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sabiq deputatla bloqer arasında dava - Canlıda ittihamlara cavab