Modern.az

Hakan Fidan sabah Misirə gedir

Hakan Fidan sabah Misirə gedir

Dünya

12 Avqust 2026, 23:55

Türkiyə xarici işlər naziri Hakan Fidan sabah Misirə səfər edəcək.

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Məlumata görə, Fidan Türkiyə-Misir Birgə Planlaşdırma Qrupunun ikinci toplantısında iştirak edəcək və ikitərəfli görüşlər keçirəcək.

İki günlük səfər çərçivəsində, həmçinin regional məsələlərə dair fikir mübadiləsi aparılacaq.

Qeyd edək ki, Fidan hazırda Liviyada səfərdədir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Allahın xoşbəxt bəndəsiyəm ki, o xəbəri ailəmə mən çatdırmadım—Şəhid atasının heç yerdə demədikləri