Modern.az

Ali təhsilli insanlar niyə daha uzun ömür sürür?

Ali təhsilli insanlar niyə daha uzun ömür sürür?

Dünya

Bu gün, 11:15

Ali təhsil səviyyəsi ilə insanların gözlənilən ömür uzunluğu arasında ciddi əlaqə olduğu bildirilir. Mütəxəssislər bunu təhsilin özündən çox, həyat tərzi və sosial-iqtisadi amillərlə əlaqələndirirlər.

Modern.az xəbər verir ki, müxtəlif araşdırmaların nəticələrinə əsasən, Şərqi Avropa ölkələri və ABŞ-da ali təhsilli insanlarla daha aşağı təhsil səviyyəsinə malik şəxslərin gözlənilən ömür uzunluğu arasında fərq bir neçə ilə çatır.

Məlumata görə, bəzi ölkələrdə bu fərq kişilər arasında 8,5 ilədək, qadınlar arasında isə 6,3 ilədək yüksələ bilir.

Araşdırmalarda qeyd olunur ki, ali təhsilli insanlar daha az siqaret çəkir, güclü spirtli içkilərdən daha az istifadə edir, sağlam qidalanmağa və riskli davranışlardan uzaq durmağa daha çox meyllidirlər. Bu amillərin özünün ömür uzunluğunda təxminən 2-3 illik fərq yaratdığı bildirilir.

Digər mühüm amil əmək şəraitidir. Zərərli və təhlükəli istehsalat sahələrində çalışan insanların sağlamlıq riskləri daha yüksək olur. Bu amilin də müxtəlif sosial qruplar arasında ömür uzunluğundakı fərqə təsir etdiyi vurğulanır.

Mütəxəssislər həmçinin daha az təhsilli və sosial baxımdan daha həssas qruplarda gözlənilən ömür uzunluğunun artımının daha zəif olduğunu qeyd edirlər. COVID-19 pandemiyası dövründə isə bu fərqin daha da dərinləşdiyi bildirilir.

Məlumatlara əsasən, təhsil, gəlir, iş şəraiti, sağlamlıq vərdişləri və sosial təminat insanın nə qədər uzun yaşamasına təsir edən əsas amillər sırasında yer alır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
https://www.youtube.com/watch?v=9BAEYj2gL3Q