ABŞ-də üç ştatda bu gün üç məhbus barəsində ölüm hökmünün icrası planlaşdırılır.
Modern.az xarici mediaya istinadən xəbər verir ki, Tennessi, Alabama və Oklahoma ştatlarında ölüm cəzalarının öldürücü inyeksiya yolu ilə həyata keçirilməsi nəzərdə tutulur.
Məlumata görə, bu, ABŞ-də təxminən 16 ildən sonra ilk dəfə bir gündə üç ölüm hökmünün planlaşdırılması olacaq.
Tennessi ştatında 1985-ci ildə xidmətçi qadını öldürməkdə təqsirli bilinən Entoni Darrell Hayns barəsində hökmün icrası gözlənilir.
Alabamada 5 yaşlı qızı zorlamaq və öldürməkdə təqsirli bilinən Ceremi Uilyamsın ölüm hökmünün icrası planlaşdırılır.
Oklahoma ştatında isə 2003-cü ildə sevgilisini öldürməkdə təqsirli bilinən Karlos Kuesta-Rodriqes barəsində ölüm hökmünün həyata keçirilməsi nəzərdə tutulur.