Modern.az

12 il əvvəl düşmən tərəfə keçmişdi - bu gün öldürüldü

12 il əvvəl düşmən tərəfə keçmişdi - bu gün öldürüldü

Dünya

13 Avqust 2026, 17:20

Rusiyanın ilhaq etdiyi Krımın Sevastopol şəhərində bu gün öldürülən Rusiya Hərbi Dəniz Qüvvələrinin 1-ci dərəcəli kapitanı Robert Şaqeyevin keçmişdə Ukrayna Hərbi Dəniz Qüvvələrində xidmət etdiyi bildirilir.

Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, Şaqeyev vaxtilə Ukrayna Hərbi Dəniz Qüvvələrinin “Zaporojye” sualtı qayığının komandiri olub.

O, 2014-cü ildə Krım və Sevastopolun Rusiya tərəfindən ilhaqından sonra qarşı tərəfə keçərək Rusiya Hərbi Dəniz Qüvvələrində xidmətə başlayıb.

Şaqeyevin bu gün Sevastopolda partlayıcı qurğunun işə düşməsi nəticəsində öldürüldüyü bildirilir.

Sizə yeni x var
Keçid et
Allahın xoşbəxt bəndəsiyəm ki, o xəbəri ailəmə mən çatdırmadım—Şəhid atasının heç yerdə demədikləri