Modern.az

Antalyada meşə yanğını başlayıb

Antalyada meşə yanğını başlayıb

Dünya

13 Avqust 2026, 21:20

Türkiyənin Antalya vilayətində meşə yanğını başlayıb.

Modern.az xəbər verir ki, bu barədə DHA məlumat yayıb.

Qeyd edilib ki, hadisə ilə bağlı əraziyə çox sayda yanğınsöndürən və digər xilasetmə qüvvələri cəlb olunub.

"Yanğının söndürülməsinə ilkin mərhələdə 3 helikopter, 4 yanğınsöndürən avtomobil, 2 su çəni və 2 ilkin müdaxilə maşını, həmçinin 50 texniki əməkdaş və yanğınsöndürən cəlb edilib"- məlumatda vurğulanıb.

Hazırda yanğının nəzarətə götürülməsi istiqamətində işlər davam etdirilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Allahın xoşbəxt bəndəsiyəm ki, o xəbəri ailəmə mən çatdırmadım—Şəhid atasının heç yerdə demədikləri