Modern.az

İngiltərədə sərnişin qatarı relsdən çıxıb

İngiltərədə sərnişin qatarı relsdən çıxıb

Dünya

13 Avqust 2026, 23:02

İngiltərənin Şərqi Sasseks qraflığında sərnişin qatarı relsdən çıxıb.

Modern.az BBC-yə istinadla xəbər verir ki, hadisə bu gün yerli vaxtla saat 15:54-də Heyvards Hit və Luis şəhərləri arasındakı dəmir yolu xəttində baş verib. İlkin məlumatlara görə, “Southern Railway” şirkətinə məxsus qatarın azı iki vaqonu relsdən çıxaraq aşıb.

Britaniya Nəqliyyat Polisi hadisə yerinə təcili tibbi yardım və yanğınsöndürmə xidmətlərinin cəlb olunduğunu bildirib. Qatarda olan sərnişinlərdən biri hadisə zamanı vaqonun qəfil yuxarı qalxdığını deyib.

Böyük Britaniyanın nəqliyyat naziri Haydi Aleksander hadisədən “dərin narahatlıq” keçirdiyini bildirib. Hadisənin səbəbləri ilə bağlı hələlik əlavə məlumat verilməyib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın Ermənistandakı bazası vurulacaq! ŞOK XƏBƏRDARLIQ