Modern.az

Putin rəqibini belə cəzalandırdı

Putin rəqibini belə cəzalandırdı

Dünya

Bu gün, 17:50

Rusiyada “Yabloko” partiyasının Dövlət Dumasına seçkilərdən kənarlaşdırılması ilə bağlı yekun qərar şəxsən Prezident Vladimir Putin tərəfindən verilib.

Modern.az xəbər verir ki, bu iddianı jurnalist Mixail Zıqar öz mənbələrinə istinadən gündəmə gətirib.

Məlumata görə, qərarın qəbul edilməsində Rusiya Prezident Administrasiyası rəhbərinin birinci müavini, daxili siyasətə kuratorluq edən Sergey Kiriyenko və Federal Təhlükəsizlik Xidməti (FSB) də “Yabloko”nun seçki siyahısından çıxarılmasını dəstəkləyib.

İddialara görə, onların mövqeyinə əsasən, müharibə əleyhinə mövqeyi ilə tanınan partiyanın seçkilərdə iştirakına imkan verilməsi riskli hesab olunub.

“Yabloko”nun seçkilərdən kənarlaşdırılması ilə nəticələnən iddianı qaldıran “Rodina” partiyasının rəhbəri Aleksey Juravlevin ailəsi və yaxın çevrəsinin 300 milyon rubl dəyərində aktivlərə sahib olduğu bildirilir. 

“Verstka” nəşri və Korrupsiyaya Qarşı Mübarizə Fondunun araşdırmasına əsasən, bu aktivlərə daşınmaz əmlak və avtomobillər daxildir.

Məlumata görə, aktivlər rəsmi olaraq Juravlevin keçmiş həyat yoldaşı Yelena və onun qızı Nadejdanın, “Verstka”nın siyasətçinin “gizli həyat yoldaşı” və iki övladının anası adlandırdığı Yevgeniya Şaimovanın, həmçinin deputatın köməkçiləri Tatyana və İvan Kaleginlərin adına rəsmiləşdirilib.

Araşdırmada sızdırılmış məlumatlara istinad edilərək bildirilir ki, Yelena Juravleva sahibkarlıq fəaliyyəti ilə məşğul olmayıb və 2023-2025-ci illərdə aylıq maaşı 39 min rubl təşkil edib.

“Verstka”nın məlumatına görə, Yevgeniya Şaimova isə 2021-ci ildən işləmir.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Putini kürəyindən "VURDULAR": Şok açıqlama