ABŞ dövlət katibi Marko Rubio Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Milli Təhlükəsizlik müşaviri Şeyx Tahnun bin Zayed Al Nəhyanla telefon danışığı aparıb.
Modern.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Tommi Piqott məlumat verib.
Bildirilib ki, telefon danışığı zamanı regional təhlükəsizliklə bağlı əsas məsələlər müzakirə olunub.
Tərəflər Livandakı vəziyyəti, həmçinin İran və onun dəstəklədiyi qrupların davam edən hücumlarına görə məsuliyyətə cəlb edilməsi istiqamətində birgə səyləri nəzərdən keçiriblər.
Marko Rubio, həmçinin Hörmüz boğazından gəmiçiliyin sərbəstliyinin qorunmasının kritik əhəmiyyət daşıdığını vurğulayıb.
ABŞ dövlət katibi bildirib ki, beynəlxalq gəmiçiliyin bu strateji su yolundan maneəsiz keçidinin təmin edilməsi regional və qlobal təhlükəsizlik baxımından mühüm əhəmiyyətə malikdir.