Modern.az

Partiya liderinə sui-qəsd cəhdi - Reanimasiyaya yerləşdirildi

Partiya liderinə sui-qəsd cəhdi - Reanimasiyaya yerləşdirildi

Dünya

Bu gün, 11:21

İranın müxalifətçi monarxist “Məşrutə” partiyasının baş katibi Füad Pəşayiyə Los-Ancelesdə sui-qəsd cəhdi edildiyi açıqlanıb.

Modern.az xəbər verir ki, partiyadan verilən məlumata görə, hadisə bazar ertəsi günü Los-Anceles vaxtı ilə saat 19:45-də baş verib.

Bəyanatda bildirilir ki, hücum nəticəsində Füad Pəşayi hazırda reanimasiya şöbəsində müalicə olunur.

Hadisə ilə bağlı Los-Anceles Polis Departamenti araşdırma aparır. Hücumun necə baş verdiyi, şübhəlinin kimliyi və hadisənin motivi barədə isə hələlik əlavə məlumat açıqlanmayıb.

“Məşrutə” partiyası İranın müxalifətçi monarxist siyasi təşkilatlarından biridir. Füad Pəşayi partiyanın baş katibi kimi fəaliyyət göstərir.

Partiyanın açıqlamasına əsasən, hazırda əsas diqqət Pəşayinin səhhətinə və hadisənin hüquq-mühafizə orqanları tərəfindən araşdırılmasına yönəlib.

Sizə yeni x var
Keçid et
Rusiyadan Bakıya hücumlar artır - Bakını hansı TƏHLÜKƏLƏR gözləyir?