Modern.az

Tramp özünü dəcəl uşaq kimi aparır - Xameneinin müşaviri

Tramp özünü dəcəl uşaq kimi aparır - Xameneinin müşaviri

Dünya

Bu gün, 13:59

İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) generalı və İranın ali liderinin müşaviri Məhəmməd Rza Naqdi ABŞ Prezidenti Donald Trampı sərt şəkildə tənqid edib.

Naqdi Trampın siyasi davranışlarını və açıqlamalarını şərh edərkən onun uzaqgörən olmadığını və qərarlarında uzunmüddətli strategiyanın görünmədiyini bildirib.

“ABŞ-nin hazırkı prezidenti son dərəcə uzaqgörən deyil və özünü dəcəl uşaq kimi aparır. Onun uzunmüddətli baxışı yoxdur. Onun sözlərini çox ciddi qəbul etmək lazım deyil”, - deyə iranlı general bildirib.

SEPAH generalının açıqlaması ABŞ ilə İran arasında münasibətlərin kəskin gərgin olaraq qaldığı bir vaxtda səslənib.

Naqdi İranın təhlükəsizlik və hərbi məsələlərində yüksək səviyyəli fiqurlardan biri hesab olunur. Onun İranın ali rəhbərliyinə yaxınlığı səbəbindən ABŞ prezidentinə yönəltdiyi bu fikirlər Tehranın Vaşinqton rəhbərliyinə münasibətinin göstəricisi kimi qiymətləndirilə bilər.

İran və ABŞ arasında qarşıdurma son dövrlərdə yalnız diplomatik müstəvi ilə məhdudlaşmır. Tərəflər arasında hərbi əməliyyatlar, qarşılıqlı təhdidlər və regiondakı ABŞ obyektləri ilə bağlı gərginlik də gündəmdədir.

Tramp isə daha əvvəl İranla bağlı sərt mövqe nümayiş etdirərək Tehranı ABŞ-nin tələblərinə əməl etməyə çağırıb və İranın nüvə proqramı ilə bağlı məsələlərdə güzəştə getməyəcəyi mesajını verib.

İran rəsmiləri isə ABŞ-nin təzyiq və hərbi təhdidlərinin Tehranın siyasətini dəyişdirməyəcəyini dəfələrlə bildiriblər.

Sizə yeni x var
Keçid et
Rusiyadan Bakıya hücumlar artır - Bakını hansı TƏHLÜKƏLƏR gözləyir?