Ukrayna Ali Radası Prezident Vololdimir Zelenskinin Yevgeni Xmaranın müdafiə naziri vəzifəsinə təyin edilməsi ilə bağlı təqdimatını dəstəkləyib.
Modern.az xəbər verir ki, qərarın lehinə 312 deputat səs verib.
Ukrayna Ali Radasının deputatlarının dəstəklədiyi qərarla Yevgeni Xmara ölkənin müdafiə naziri vəzifəsinə təyin olunub.
“Xalqın xidmətçisi” fraksiyasının rəhbəri David Araxamiya “Telegram” kanalında bildirib ki, Yevgeni Xmara Ukrayna uğrunda dəfələrlə həyatını riskə atan döyüşçü zabitdir.
Parlamentdə çıxış edən Yevgeni Xmara bildirib ki, düşməni yalnız ordunun gücü, texnoloji və simmetrik həllərlə sülhə məcbur edə bilər.
O, Ukraynanın hazırda Rusiyanın Sibir bölgəsinə hücumlar etdiyini vurğulayıb. Xmara Rusiyanın müdafiə sənayesinin, hərbi logistikasının, yanacaq infrastrukturunun və düşmənin bütün iqtisadi bazasının Ukraynanın hədəfləri olduğunu və tez bir zamanda hərəkətə keçməyin vurğulayıb.
"Üç əsas, bərabər prioritetimiz var: cəbhə və ordunun, insanların gücləndirilməsi və müdafiə sənayesinin inkişafı".