İsrail qüvvələri Fələstin Muxtariyyətinin Qüds məsələləri üzrə naziri Əşrəf əl-Əvəri saxlayıb.
Modern.az xəbər verir ki, bu barədə Fələstinin WAFA xəbər agentliyi məlumat yayıb.
Bildirilib ki, İsrail qüvvələri işğal altındakı Şərqi Qüdsün Silvan məhəlləsində Əşrəf əl-Əvərin evinə basqın edib və onu saxlayıb.
Nazirin ofisindən Türkiyənin Anadolu agentliyinə bildirilib ki, İsrail polisi onun saxlanılmasının səbəbi ilə bağlı hər hansı açıqlama verməyib.