Modern.az

Rusiya və Ukrayna əsir mübadiləsi etdi: 103 hərbçi azad olundu

Rusiya və Ukrayna əsir mübadiləsi etdi: 103 hərbçi azad olundu

Dünya

Bu gün, 15:25

Rusiya və Ukrayna arasında təxminən iki aylıq fasilədən sonra növbəti əsir mübadiləsi keçirilib və 103 ukraynalı hərbçi Rusiya əsirliyindən azad olunaraq ölkəsinə qayıdıb. Eyni zamanda 103 rusiyalı hərbçi ölkəsinə təhvil verilib.

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat yayıb.

O bildirib ki, azad edilənlər Ukrayna Silahlı Qüvvələrinin, Dövlət Sərhəd Xidmətinin və Milli Qvardiyanın hərbçiləridir.

Zelenskinin sözlərinə görə, azad olunanlar arasında Mariupolda, eləcə də Donetsk, Luqansk, Xarkov, Zaporojye, Xerson, Dnepr və Sumı istiqamətlərində Ukraynanı müdafiə edən hərbçilər var.

Ukrayna hökumətinin Hərbi Əsirlərlə İş üzrə Koordinasiya Qərargahının məlumatına görə, azad edilən hərbçilərin əksəriyyəti yaralanıb və ağır xəstəliklərdən əziyyət çəkir.

Məlumata görə, azad edilən ən gənc hərbçi 2000-ci ildə anadan olub. Ən yaşlısının isə 59 yaşı var.

Ukrayna Ali Radasının İnsan Hüquqları üzrə müvəkkili Dmitri Lubinets bildirib ki, 2022-ci il fevralın 24-dən etibarən ümumilikdə 9 716 ukraynalı Rusiya əsirliyindən geri qaytarılıb.

Ukrayna tərəfi mübadilənin təşkilinə göstərdiyi yardıma görə ABŞ və Birləşmiş Ərəb Əmirliklərinə təşəkkür edib.

 

 

Sizə yeni x var
Keçid et
Rusiyadakı azərbaycanlılara xəbərdarlıq - Sizi izləyəcəklər!