Modern.az

İran Kaliforniyanı "öz ərazisi" kimi göstərdi

İran Kaliforniyanı "öz ərazisi" kimi göstərdi

Dünya

Bu gün, 18:10

İranın Hindistandakı konsulluğu ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazı ilə bağlı paylaşımına qeyri-adi cavab verib.

Modern.az xəbər verir ki, İranın Heydərabaddakı baş konsulluğunun sosial şəbəkə hesabında ABŞ xəritəsi paylaşılaraq Kaliforniya “İran İslam Respublikasının yeni ərazisi” kimi göstərilib.

Paylaşımda “İran İslam Respublikasının yeni ərazisi” ifadəsi yazılıb və xəritədə Kaliforniya xüsusi olaraq işarələnib.

Bu addım Trampın avqustun 18-də Hörmüz boğazını “ABŞ-ın yeni ərazisi” kimi təqdim edən xəritə paylaşımından sonra atılıb.

Beləliklə, İran tərəfi ABŞ prezidentinin ərazi ilə bağlı açıqlamasına analoji və istehzalı mesajla cavab verib.

Məlumata görə, Kaliforniyanın seçilməsi də təsadüfi deyil. Ştat ABŞ-da ən böyük iranlı-amerikalı icmalardan birinin yaşadığı bölgədir. Xüsusilə Los-Anceles ətrafında böyük İran diasporunun olması Kaliforniyanın “İran ərazisi” kimi təqdim edilməsinə simvolik məna verə bilər.

İran və ABŞ arasında Hörmüz boğazının statusu ilə bağlı qarşıdurma son günlər daha da kəskinləşib. Tərəflər strateji su yoluna nəzarətlə bağlı bir-birinə zidd mövqelər səsləndirirlər

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Xəzərdə hərəkətə keçdi - Nə baş verir?