Modern.az

Rusiya Ukraynanı vurdu, ölənlər var

Rusiya Ukraynanı vurdu, ölənlər var

Dünya

19 Avqust 2026, 20:10

Rusiyanın Ukraynanın Jitomir vilayətindəki Milli Polis Baş İdarəsinin binasına pilotsuz uçuş aparatları ilə endirdiyi zərbə nəticəsində iki hüquq-mühafizə orqanı əməkdaşı ölüb.

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Milli Polisinin teleqram kanalındakı bəyanatında bildirilib.

"Jitomir Rusiya qoşunlarının zərbəsinə məruz qalıb… Bu zərbə iki polisin həyatına son qoyub. Azı 20 nəfər xəsarət alıb", – qurumdan bildirilib.

Bəyanata görə, atəş nəticəsində binanın damında və dördüncü mərtəbəsində yanğın baş verib.

Hadisə yerində polislər, xilasedicilər və digər təcili xidmətlər işləyir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin onlara RƏHM ETMƏYƏCƏK! - Kreml lideri qəti qərar verdi