Modern.az

Kim Çenin bacısı Yaponiyanı hədələdi

Kim Çenin bacısı Yaponiyanı hədələdi

Dünya

19 Avqust 2026, 21:51

Şimali Koreya lideri Kim Çen Inın bacısı, Koreya Əmək Partiyası Mərkəzi Komitəsinin şöbə müdiri Kim Yo Çjon Yaponiyanı hərbi ekspansiyaya cəhd edəcəyi təqdirdə dərhal və məhvedici zərbə ilə hədələyib.

Modern.az “Report”a istinadən xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi (KMTA) məlumat yayıb.

“Yaponiya yanlış seçim etməyə cəhd göstərərsə, bu dəfə dərhal endiriləcək və sağ qalmağın mümkün olmayacağı dağıdıcı zərbənin hədəfinə çevriləcək”, – o bildirib.

Kim Yo Çjonun sözlərinə görə, Şimali Koreya Yaponiyanın “hərbi ekspansiya” cəhdlərini Asiya-Sakit okean regionunda qüvvələr balansının pozulmasına səbəb ola biləcək potensial və uzunmüddətli təhlükə hesab edərək onları ciddi şəkildə izləyir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putindən Əliyevə zəng: Moskva Bakıdan nə istəyir?