Avqustun 19-da Ukrayna Prezident Ofisinin keçmiş rəhbər müavini İrina Mudraya saxlanılıb.
Modern.az xəbər verir ki, bu barədə Ali Radanın deputatı Aleksey Qonçarenko məlumat yayıb.
Bir qədər əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski Mudrayanı Prezident Ofisi rəhbərinin müavini vəzifəsindən azad edib. Rəsmi sərəncamda qərarın səbəbi açıqlanmayıb.
Qonçarenkonun sözlərinə görə, Mudraya hazırda NABU-da istintaq hərəkətlərində iştirak edir və gecəni təcridxanada keçirəcək.