Kamerun Prezidenti Pol Biya 73 günlük xarici səfərdən sonra paytaxt Yaoundeyə qayıdıb.
Modern.az xarici mediaya istinadən xəbər verir ki, prezidentin 73 gün ərzində İsveçrənin Cenevrə şəhərində ailəsi və köməkçiləri ilə birlikdə olduğu bildirilir.
Məlumata görə, Biya uzunmüddətli xarici səfərdən sonra Kameruna qayıdaraq Yaoundeyə çatıb.
Prezidentin bu müddət ərzində ölkədə görünməməsi onun harada olması ilə bağlı müxtəlif suallar doğurmuşdu. Onun Cenevrədə ailəsi və yaxın köməkçiləri ilə birlikdə olduğu bildirilib.
Pol Biyanın 73 gündən sonra ölkəsinə qayıtması Kamerunda diqqət çəkib.