Ukraynanın Müdafiə Nazirliyi səfərbərlik zamanı “radikal tədbirlər” və çağırış yaşının dəyişdirilməsini müzakirə edir.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının milli təhlükəsizlik məsələləri üzrə komitəsinin katibi Roman Kostenko bildirib.
O, konkret hansı dəyişikliklərin ediləcəyini açıqlamayıb.
Qeyd edək ki, ötən il Kiyev meri Vitali Kliçko da səfərbərlik yaşının 25-dən 22-yə endirilməsini təklif etmişdi. Son aylarda Ukrayna Silahlı Qüvvələrinin cəbhədəki uğursuzluqları fonunda bu cür çağırışlar daha tez-tez səslənir. Ukraynanın keçmiş müdafiə naziri Aleksey Reznikov isə qadınların da səfərbərliyə cəlb olunmasını təklif edib.