Modern.az

“Türkiyə ilə münasibətlərdə gərginliyin artmasında maraqlı deyilik" - İsrail XİN 

“Türkiyə ilə münasibətlərdə gərginliyin artmasında maraqlı deyilik" - İsrail XİN 

Dünya

23 Avqust 2026, 06:26

“Türkiyə ilə münasibətlərdə gərginliyin artmasında maraqlı deyilik”.

Modern.az xəbər verir ki, bunu İsrailin xarici işlər naziri Gideon Saar ölkə televiziyasına müsahibəsində bildirib.

“Biz Ərdoğanın ritorikasını eşidirik. Buna məhəl qoymamaq olmaz. Amma eyni zamanda bəyan edirəm ki, Türkiyə ilə münasibətlərdə gərginliyin artmasında maraqlı deyilik.

Biz həmişə münaqişələrin qarşısının alınması və diplomatik kanallardan istifadə yolu ilə vəziyyətlərin nizamlanmasına üstünlük verəcəyik", - Saar əlavə edib.

Sizə yeni x var
Keçid et
Rusiyada qorxulu anlar - Yüzlərlə dron hücuma keçdi