Modern.az

Merts hakimiyyətdən gedir? - SORĞU

Merts hakimiyyətdən gedir? - SORĞU

Dünya

23 Avqust 2026, 11:22

Almanların əksəriyyəti Fridrix Mertsin 2029-cu ildə başa çatacaq qanunvericilik müddətini tamamlamadan Almaniya kansleri vəzifəsini tərk edəcəyini düşünür.

Modern.az xəbər verir ki, bu barədə DPA informasiya agentliyinin sifarişi ilə YouGov ictimai rəy araşdırmaları institutunun keçirdiyi sorğunun nəticələri göstərir.

Sorğunun nəticələrinə görə, respondentlərin 36 faizi Mertsin 2026-cı ildə hələ kansler olaraq qalacağını, lakin növbəti növbədənkənar olmayan Bundestaq seçkilərinədək vəzifəsini tərk edəcəyini düşünür.

18 faiz isə onun elə bu il kansler postundan gedəcəyini gözləyir.

Yalnız 29 faiz Mertsin səlahiyyət müddətinin sonunadək – 2029-cu ildə keçiriləcək növbəti parlament seçkilərinə qədər vəzifəsində qalacağını bildirib.

Respondentlərin 17 faizi isə suala cavab verməkdə çətinlik çəkib.

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!