Modern.az

Bayramov moldovalı həmkarı ilə görüşüb

Bayramov moldovalı həmkarı ilə görüşüb

Dünya

Bu gün, 20:36

BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov moldovalı həmkarı Mihai Popşoyla görüşüb.

Modern.az xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) "X" sosial şəbəkə hesabında paylaşım edilib.

Nazirlər iki ölkə arasında strateji tərəfdaşlığının gündəliyini nəzərdən keçirib, yüksək səviyyəli siyasi dialoqun davam etdirilməsinin və beynəlxalq təşkilatlar, o cümlədən BMT, ATƏT və s. çərçivəsində qarşılıqlı dəstəyin dərinləşdirilməsinin vacibliyini vurğulayıblar.

Daha geniş regional təhlükəsizlik barədə fikir mübadiləsi aparılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Milyonlarla azərbaycanlını təhlükə gözləyir - Bakı nə edəcək?