Modern.az

Netanyahu BMT Baş Assambleyasında sərt çıxış etdi

Netanyahu BMT Baş Assambleyasında sərt çıxış etdi

Dünya

24 Sentyabr 2026, 22:17

İsrailin Baş naziri Benyamin Netanyahu BMT Baş Assambleyasının iclasında çıxış edib.

Modern.az xəbər verir ki, Netanyahu nitqinə zalda olan nümayəndələrə sərt müraciətlə başlayıb.

“Başlamazdan əvvəl kiçik bir elanım var: əgər bu zalda hələ də çıxıb getməyən hansısa mənəvi qorxaqlar qalıbsa, xahiş edirəm, bunu indi edin”, - Netanyahu bildirib.

Məlumata görə, İsrail Baş nazirinin çıxışı zamanı bir çox ölkənin nümayəndə heyəti iclas zalını tərk edib. Digər nümayəndələr isə Netanyahunu alqışlayıblar.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Liderlərdən Şuşada düşmənlərə ağır zərbə - Əliyev Türkiyəyə gedir!